Türk futbolçu barədə sürpriz qərar
Hakan Çalhanoğlunun “İnter”dəki karyerası ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.
BEY.AZ xəbər verir ki, “İnter”, futbolçuya yaxşı təklif olacağı təqdirdə transferinə cazə verə bilər. İtaliya mətbuatında yer alan xəbərə görə, futbolçu üçün ötən mövsüm olduğu kimi 70 milyon avroluq təklif gəlsə, klub onun getməsinə razılıq verəcək. Məlumata görə, Hakan Çalhanoğlu ilə Avropanın nəhəng klubları, xüsusilə “Bavariya” maraqlanır. Xəbərdə deyilir ki, Hakan Çalhanoğlu komandada xoşbəxt olduğu bildirilsə də, yaxşı təklifin onun komandadan ayrılmasına səbəb ola bilər.Buna görə də, “İnter”in Hakan Çalhanoğlunun yerinə alternativ futbulçular axtardığı deyilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində 9 oyun keçirib. O, 2 qola töhfə verib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |