fbpx

Əməkdar müəllim və aktyor əri qətlə yetirildi



Bakıda həyat yoldaşı ilə birlikdə qətlə yetirilən İosif Zusyeviç Tkaç aktyor olub.

BEY.AZ xəbər verir ki, İosif Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirmiş və 1995-ci ildən Rus Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib.

Onun həyat yoldaşı Lyudmila Mixaylovna Tkaç isə Elitar Gimnaziyada müəllimə olaraq çalışıb. 2015-ci ildə Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrə görə Prezidentin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdü.

Qeyd edək ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısındakı binada baş verib.

***

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-si saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Hazırda araşdırma aparılır.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin