fbpx

Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı



Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvar ayından oktyabrın 22-dək – red) maqnitudası 3 və ondan yuxarı 45 zəlzələ qeydə alınıb.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında qeyd olunub.

Məlumata görə, yeraltı təkanlardan 38-nin maqnitudası 3 və 3-dən yuxarı, 4-ü 4 maqnitudadan yuxarı, daha 3-ü isə 5 maqnitudadan yuxarıdır.

Sözügedən dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə qeydə alınıb.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin