Mbappe ilə bağlı qalmaqal davam edir
“Real Madrid”in futbolçusu Kilian Mbappenin oteldə zorlama iddiası ilə bağlı istintaqın davam etdiyi bildirilib.
BEY.AZ xəbər verir ki, polisin araşdırmasında hələlik Mbappenin adı səsləndirilməyib. İsveçin “Expressen” qəzetinin məlumatına görə, polis Mbappe və dostlarının hansı otaqlarda və ictimai yerlərdə olduğunu müəyyən etmək üçün otel işçiləri ilə danışıqlar aparıb. Bu araşdırmada təhlükəsizlik kameralarının da mühüm rol oynayacağı deyilir. Mbappenin qaldığı otağı yoxlayan polis əməkdaşlarının oteldən çıxarkən əllərində qəhvəyi rəngli kağız torbaların olduğu müşahidə edilib.
Qeyd edək ki, Kilian Mbappe iki həftə əvvəl İsveçə gedib və Stokholmda “Bank Hotel”də qalıb. Qalmaqalla bağlı açıqlama verən Mbappe xəbərin saxta olduğunu irəli sürüb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |