fbpx

​Türkiyə ordusu İraq və Suriyanın şimalında əməliyyat keçirdi



Türkiyə ordusu İraq və Suriyanın şimalında terrorçuların hədəflərinə qarşı hava əməliyyatı keçirib.

BEY.AZ xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, terrorçulara məxsus ümumilikdə 32 hədəf uğurla məhv edilib. Çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilib. Əməliyyatlar davam edir.

Nazirliyin açıqlamasında deyilir ki, Birləşmiş Millətlər Təşkilatının 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi ilə xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarının aradan qaldırılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə İraq və Suriyada terror hədəflərinə hava əməliyyatı keçirilib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin