18 yaşlı oğlan ağır qəzada öldü
Göygöl rayonunda “Opel” və VAZ-21015 markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
BEY.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib.
Məlumata görə, qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Bildirilib ki, qəzada Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb.
Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |