42 yaşlı qadın toy mərasimində öldü
Şəkidə toyda ölüm hadisəsi baş verib.
BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən şadlıq sarayında keçirilən toy zamanı bəyin qohumu 1982-ci il təvəllüdlü L.Şıxəliyevanın halı qəfil pisləşib. Belə ki, o oynayarkən özünü pis hiss edib və yıxılıb. Qadın oradaca vəfat edib.
Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.
Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |