“Xəyanət”ə qeyri-etik səhnəyə görə xəbərdarlıq edildi
Xəbər verdiyimiz kimi, Audiovizual Şura “Xəzər TV”nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.
BEY.AZ olay.az-a istinadən bildirir ki, xəbərdarlıq “Xəzər” TV-də yayımlanan “Xəyanət” serialına görə edilibmiş.
Buna səbəb aktyor Cövdət Şükürovun oynadığı Tural obrazının səhnəsi olub.
Belə ki, Tahirlə Turalın söhbəti zamanı qeyri-etik ifadə olan “p*x” sözü səsləndirilib. Bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.
Şuradan verilən məlumatda “Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib”, – deyə qeyd edilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |