Məşhur nəşr “Kənd həyatı”nın Əzizə xanımından yazdı
Britaniyanın məşhur “Economist” nəşri Qusar rayonunun Hil kəndində yaşayan və öz yemək videoları ilə tanınan Əzizə Rəmixanova haqqında məqalə dərc edib.
BEY.AZ xəbər verir ki, yazıda Əzizə xanımın 7 milyona yaxın abunəçisi olan “Kənd həyatı” adlı YouTube kanalının iki milyard baxış topladığı vurğulanıb. Həmçinin, 25 dəqiqədən artıq olan hər buraxılışın izləyicilərini yormadığı qeyd edilib, paylaşılan müsbət rəylərdən nümunələr təqdim olunub.
Əzizə xanımın hazırladığı yeməklər təkcə Azərbaycanda deyil, dünya üzrə geniş maraqla izlənilir. Onun London, Sidney, Yekaterinburq və Kiyev kimi şəhərlərdən izləyiciləri olduğu məqalədə qeyd edilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |