fbpx

Hikmət Hacıyev Bərdə terroru ilə bağlı paylaşım etdi



Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi, Azərbaycanın günahsız mülki əhalisinə qarşı ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kaset sursatları ilə yüklənmiş “Smerç” raketləri ilə bombardman edilməsindən 4 il ötür. Bunun nəticəsində təxminən 30 günahsız mülki şəxs həlak olub, 100-dən çox insan ağır yaralanıb. Ermənistan Respublikası, BCM üzvü kimi Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır”, – o qeyd edib.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin