Kamala Harris mitinqdə etirazla üzləşdi
ABŞ-ın vitse-prezidenti və Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris Miçiqan ştatındakı seçki mitinqindəki çıxışı zamanı etirazla üzləşib.
BEY.AZ xəbər verir ki, bir qrup şəxs ABŞ-ın İsraillə bağlı siyasətinə etiraz edib. Etirazlara görə, Harris çıxışını bir müddət dayandırmalı olub. Etirazçılar “İsrail bombalayır, Kamala pul ödəyir, bu gün neçə uşağı öldürəcəksən?” şüarını səsləndirib. Etirazlarla bağlı açıqlama verən Harris, “Hamımız bu müharibənin bir an əvvəl bitməsini və girovların azad edilməsini istəyirik və bunun üçün əlimdən gələni edəcəyəm” deyə bildirib. Etirazçılar daha sonra tədbir keçirilən ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, Miçiqan ştatı amerikalı müsəlmanların və ərəblərin sıx yaşadığı ərazidir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |