fbpx

Noyabrda 3 bürcün pul problemi olmayacaq



Noyabr ayında üç bürcü maddi rifah gözləyir. Astrologların fikrinə görə, Tərəzi, Qoç və Dolça bürcləri 2024-cü ilin noyabr ayında yeni iş imkanları əldə edərək maliyyə baxımından irəliləyəcəklər. Onlar maddi çətinlikləri geridə qoyaraq yeni dönəmə başlayacaqlar.

BEY.AZ xarici KİV-ə istinadən noyabr ayında maddi rifaha çatacaq üç bürcü təqdim edir:

Tərəzi bürcü

Tərəzi bürcləri bu il bir çox maliyyə çətinliyi ilə üzləşiblər. Lakin noyabr ayı onların vəziyyətini dəyişdirmək üçün əhəmiyyətli imkanlar təqdim edəcək. Onlar xarici əlaqələr və beynəlxalq əməkdaşlıqlarla işlərinə yeni bir istiqamət verə bilərlər. Xarici iş ortaqları ilə yeni müqavilələr imzalamaq və ya əməkdaşlığa başlamaq, Tərəzilər üçün güclü bir maddi dəstək vəd edir. 2024-ün sonlarına yaxın Tərəzilər böyük iş layihələrinə başlamağı və yeni ideyaları həyata keçirməyi planlaşdırırlar. Şansın da onlardan yana olduğunu nəzərə alsaq, Tərəzilərin maliyyə vəziyyəti noyabrda əhəmiyyətli dərəcədə yaxşılaşa bilər.

Qoç bürcü

Qoç bürcləri üçün noyabr ayı pul və sərvətlə bağlı xüsusi bir dövrdür. Bu bürc, öz ambisiyaları və risk almağa olan meylləri ilə tanınır, bu xüsusiyyətləri də noyabrda maddi uğurlara çevrilə bilər. Onlar müxtəlif sahələrdə özlərini sınamağa və qarşılarına çıxan yeni imkanlardan yararlanmağa hazır olacaqlar. Bu dövrdə maaş artımı üçün müraciət etmək və ya maliyyə baxımından daha yaxşı şərtlər əldə etmək üçün ideal bir vaxt olacaq. Bank kreditlərinə müraciət etmək və ya sərmayə qoymaq kimi addımların da müsbət nəticə verəcəyi gözlənilir. Qoçların əzmi və qətiyyəti, onları noyabr ayında maddi rifaha aparan yolun təməlidir.

Dolça bürcü

Dolça bürcləri isə Yupiterin dəstəyi ilə noyabr ayında pul və yeni fürsətlər baxımından əhəmiyyətli inkişaflar yaşayacaqlar. Ulduzlar Dolçalara maliyyə imkanlarının açılacağını və bu dövrdə yeni gəlir mənbələrinin ortaya çıxacağını vəd edir. Bundan əlavə, Plutonun burca keçişi Dolçalara öz həyatlarına yeni bir intizam gətirmək və mənfi alışqanlıqlardan qurtulmaq üçün güclü motivasiya verəcək. Maliyyə məsələlərində əhəmiyyətli addımlar atmaq üçün 15 noyabrda Saturnun Balıq bürcündəki hərəkəti də mühüm rol oynayacaq. Bu hərəkət, Dolçaların maliyyə işlərini planlaşdırmaq və irəliləmək üçün möhkəm bir zəmin təmin edəcək. Dolçalar həm bu il, həm də gələn il maliyyə rifahını qoruyub saxlamağa yönələcəklər.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin