Qızıla tələb rekord səviyyəyə çatdı
Dünyada qızıla tələb 5 faiz artaraq rekord səviyyəyə çatıb.
BEY.AZ xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası hesabat açıqlayıb. Hesabata görə, ilin üçüncü rübündə tələbat 1313 ton olub. Belə ki, dünyada qızıla tələb ilin üçüncü rübündə 5 faiz artaraq rekord həddə çatıb. Qızıla tələbdəki güclü artım qiymətlərdə də özünü göstərib. Bu dövrdə tələbin dəyəri illik 35 faiz artaraq ilk dəfə 100 milyard dolları keçib. Bildirilir ki, ilin üçüncü rübündə qızıl qiymətləri ardıcıl rekordlar qırıb. Bu dövrdə orta qiymət keçən ilin eyni dövrü ilə müqayisədə 28 faiz yüksək olub və bu dövrdə unsiyanın orta qiyməti 2474 dollar olub. Bildirilir ki, qızıla tələbin artması investorların qızılı daha etibarlı yatırım hesab etməsidir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |