fbpx

300 kiloluq qızıl qaçaqmalçılığı – Afinada ifşa edildi



Yunanıstanın paytaxtı Afinadakı hava limanında 300 kiloqramlıq qızıl külçəsini qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərən 64 yaşlı Vyetnam vətəndaşı saxlanılıb.

BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan qadının qohumlarından ibarət cinayətkar dəstə ilə birgə fəaliyyət göstərdiyi aşkarlanıb.

Yunan polisi qadının buz daşınması üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edərək qızılları gizlətdiyini, qaçaqmalçılığa görə saxlanıldığını açıqlayıb.

Polisin məlumatına görə, qadının rəhbərlik etdiyi dəstə izlənilməkdən yayınmaq üçün gömrük nəzarəti olmayan keçidlərdən istifadə edib, külçələrin üzərindəki fərqləndirici nişan və hərfləri siliblər.

Qeyd edək ki, ötən ildən Vyetnam hökumətinin tələbi əsasında İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan qadının adı açıqlanmayıb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin