fbpx

İspaniyada sel fəlakəti – Onlarla ölü var



İspaniyanın şərq və cənub bölgələrində güclü yağış və fırtına səbəbilə ölənlərin sayı 95-i ötüb.

BEY.AZ xəbər verir ki, itkin düşənlərin olduğu bildirilir. Ən çox itkilər Valensiya şəhərində qeydə alınıb. Valensiyada 90-dan çox insan ölüb. Valensiyada itkin düşənlərin sayının onlarla olduğu, Kastilya-La Mançada ən az 5 nəfərin itkin düşdüyü bildirilir. İtkin düşənlərin axtarışlarının davam etdiyi açıqlanıb. Valensiya əyalətinin müxtəlif bölgələrində daşqın səbəbindən onlarla insan köməksiz qalıb. Valensiya şəhərində hava limanının su basması səbəbiylə uçuşlar digər bölgələrə yönləndirilib. Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, bu, əsrin fəlakətidir.

Valensiyada belə güclü yağış sonuncu dəfə 1996-cı ildə müşahidə edilib. Nümayəndələr Palatasında və Senatda keçirilməsi planlaşdırılan bütün dinləmələr ləğv edilib. İspaniya hökuməti əlverişsiz hava şəraitinin fəsadları ilə bağlı böhran masası yaradıb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin