fbpx

Yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medal qazandılar



Azərbaycanın yunan-Roma güləşçiləri Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadanı 10 medalla başa vurublar.

BEY.AZ xəbər verir ki, yarışa böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında yollanan komandamızın 13 üzvündən 10-u fəxri kürsüyə qalxıb.

Mikayıl İsmayılov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Nihat Bəhmənov (51 kq), Əmrah Əmrahov (55 kq), Akif Nəcəfli (65 kq) və Yusif Əhmədli (71 kq) gümüş medal qazanıb. Turan Daşdəmirov (55 kq), Nihat Tağıyev (60 kq) və Emil Abasov (80 kq) isə bürünc medal əldə edib.

Millimiz 185 xalla komanda hesabında ikinci yeri tutub.

Qeyd edək ki, Gimnaziadada daha öncə sərbəst güləşçilər 11 (1 qızıl, 2 gümüş, 8 bürünc), qızlar isə 3 (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanıb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin