“Real”ın oyunu təxirə salına bilər
İspaniyada baş verən sel fəlakəti futbol matçlarına da təsir edib.
BEY.AZ xəbər verir ki, Kral Kubokunda oynanılmalı olan 2 qarşılaşma təxirə salınıb. “Marca” qəzetinin məlumatına görə, sel fəlakəti səbəbilə La Liqada keçiriləcək “Valensiya” – “Real Madrid” və “Levante” – “Malaqa” matçlarının da təxirə salınması gündəmdədir. Bundan əvvəl, İspaniyada Kral Kubokunda keçirilməli olan “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” matçları təxirə salınıb.
Qeyd edək ki, Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfəri ötüb. Sel ümumilikdə 3 bölgədə fəsadlara səbəb olub. Məlumata görə, bu, ölkə tarixinin ən böyük təbii fəlakətlərdən biridir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |