fbpx

Peskov “Google”a tətbiq edilən 20 desilyon dollarlıq cərimədən danışdı



Kremlin sözçüsü Dmitri Peskov Rusiya məhkəmələri tərəfindən “Google”a tətbiq edilən 20 desilyon dollarlıq cərimə barədə danışıb.

BEY.AZ xəbər verir ki, o cərimələrin “simvolik elementlər” olduğunu bildirib. Peskovun sözlərinə görə, “Google” Rusiya televiziya kanallarının fəaliyyətlərinə icazə verməlidir, lakin buna icazə vermirlər. Peskov bəyan edib ki, Rusiyanın həmlələri, “Google” rəhbərliyinin diqqət yetirməsi və vəziyyəti düzəltməsi üçün səbəb olmalıdır.

Peskov, 20 desilyon rəqəmini tələffüz etməkdə belə çətinlik çəkdiyini ifadə edərək, “Bu, xüsusi hazırlanmış bir məbləğ olsa da, simvolik elementlərlə doludur”- deyə bildirib. Qeyd edək ki, “Google” Rusiyanın 17 televiziya kanalına qadağa qoyub. Rusiya məhkəmələrinin qərarına görə, “Google”un bu televiziya kanallarına ödəməli olduğu təzminat məbləği 20 desilyon dolları keçib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin