fbpx

İran İsrailə hücum edəcək – KİV

Rüya Yorumları burda


İran yaxın günlərdə İraq ərazisindən İsrailə hücum planlaşdırır.

BEY.AZ xəbər verir ki, bu barədə “Axios” nəşrinə İsrail kəşfiyyatından olan mənbə məlumat verib. Bildirilib ki, hücumun ABŞ prezident seçkilərindən əvvəl, noyabrın 5-dək baş tutacağı gözlənilir. İddialara əsasən, İran hücumda çox sayda pilotsuz təyyarə və ballistik raketlərdən istifadə etməyi nəzərdə tutur.

SEPAH komandiri Hüseyn Salami İsrailin keçən həftə etdiyi zərbəni “səhv” adlandıraraq Tehranın cavabının “güclü və ağrılı” olacağını qeyd edib. Digər İran rəsmiləri də bu bəyanatı təsdiqləyiblər.

Məlumatda əlavə olunur ki, oktyabrın 26-da İsrail İrana hücum edərək ballistik raketlərin yanacaq istehsal edən 12 obyektini hədəf alıb. ABŞ rəsmiləri isə bu hücumun İranın silah istehsal gücünə ciddi zərbə vuracağını bildiriblər.



Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu