9.7 milyon manatlıq “SoyuzAqroKontrakt” MMC qaydaları pozdu – MƏHKƏMƏYƏ VERİLDİ / SƏBƏB
Soyuz Aqro Kontrakt MMC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
32gun.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İş Abşeron rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovun icraatındadır .
Bildirək ki, nizamnamə kapitalı 9 milyon 781 min 400 AZN olan şirkətin qanuni təmsilçisi ZAKİR ƏLİYEV MƏMMƏDXAN oğludur.