Tanınmış azərbaycanlı məşqçi istefa verdi
“Səbail” klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.
BEY.AZ xəbər verir ki, 58 yaşlı mütəxəssis qərarını Misli Premyer Liqasının XII turunda “Kəpəz”ə məğlubiyyətdən sonra açıqlayıb.
Tovuz şəhər stadionunda keçirilən “Kəpəz” – “Səbail” matçı Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, “Səbail” hazırda 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Sonuncu – 10-cu olan “Kəpəz” isə 6 xala malikdir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |