fbpx

Avropada sərvət aşkar edildi



Norveç alimləri Norveç və Qrenlandiya dənizində apardıqları axtarışlar nəticəsində mühüm kəşfə imza atıblar.

BEY.AZ xəbər verir ki, tədqiqat qrupu dəyərli metal yatağı aşkar edib. Məlumata görə, ərazidə 2317 ton qızıl, 45 milyon ton sink və 85 min ton gümüş olduğu güman edilir. Məlumata görə, aşkar edilən qiymətli mineral və metal yataqları dünya üzrə illik hasilatdan iki dəfə çoxdur. Bu, son 20 ilin ən böyük kəşfi hesab edilir. Qızıl, mis, gümüş və sinkdən başqa ərazidə 24 milyon ton maqnezium, 3,1 milyon ton kobalt və 1,7 milyon ton serium kimi nadir torpaq metallarının olduğu deyilir. Kəşf edilən mineralların təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıdığı bildirilib.

Qeyd edək ki, niobium, kobalt, maqnezium və nadir torpaq mineralları xüsusilə bərpa olunan enerji texnologiyalarında istifadə olunan disprosium və neodim kimi bahalı minerallar üçün böyük əhəmiyyət kəsb edir.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin