fbpx

UEFA türk futbolçu ilə bağlı qərar verəcək



UEFA “Midtjylland”ın türkiyəli futbolçusu Aral Şimşir barədə intizam araşdırmasına başlayıb.

BEY.AZ xəbər verir ki, bu barədə “Bold” məlumat yayıb.

Bildirilib ki, 22 yaşlı futbolçuya qarşı məsələnin araşdırılmasının noyabrın sonuna qədər yekunlaşacağı gözlənilir.

İntizam araşdırmasının səbəbi UEFA Avropa Liqasında 3 oktyabrda keçirilən “Makkabi Tel-Aviv” oyunu olub. İddialara görə, İsrail klubunun nümayəndələri Aral Şimşirin həmin oyunda “Azad Fələstin, ümid edirəm ki, öləcəksiniz” kimi ifadələr səsləndirdiyini irəli sürüblər.

Türkiyə U21 millisində də çıxış edən Aral Şimşir bu mövsüm “Midtjylland” klubunun heyətində 22 oyunda meydana çıxaraq 6 qol vurub, 6 məhsuldar ötürmə edib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin