İsrail atəşkəslə bağlı bütün təklifləri rədd edib
İsrail atəşkəslə bağlı bütün təklifləri rədd edib.
BEY.AZ xəbər verir ki, Livanın baş naziri Nəcib Mikati belə açıqlama verib. Baş nazirliyin açıqlamasına görə, Mikati beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünü dayandırmağa çağırıb. O, beynəlxalq ictimaiyyəti İsraili dayandırmaq üçün qəti addımlar atmadığına görə tənqid edib. Məlumatda, İsrailin hücumlarının sayını artırdığı və hətta arxeoloji obyektləri hədəf aldığını qeyd edilib.
Mikati Livanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə sadiqliyini və Livan ordusunun cənubda gücləndirilməsi təklifini təkrarlayıb. Açıqlamada, hökumətin ordunu 1500 yeni heyətlə gücləndirməyə qərar verdiyi və kabinet iclaslarında əlavə addımların müzakirə ediləcəyi bildirilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |