Qadın qaynı arvadı tərəfindən bıçaqlandı
Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.
BEY.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Qaynı arvadını bıçaqlamaqda şübhəli bilinən R.Quluzadə saxlanılıb.
Fakt araşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |