Metro və avtobusdan istifadə bu şəxslər üçün pulsuz oldu
Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.
Bu barədə BEY.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, noyabrın 9-dan 24-dək Bakıda COP29 iştirakçıları üçün avtobusdan istifadə də pulsuz olacaq.
“Bu tarixlərdə COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməklə ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəklər”, – AYNA-dan bildirilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |