fbpx

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcək



Azərbaycan şahmatçıları Monteneqronun Petrovaç şəhərində keçiriləcək şahmat üzrə şəxsi Avropa çempionatında iştirak edəcəklər.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Bildirilib ki, ölkəmiz qitə çempionatında 22 şahmatçı ilə təmsil olunacaq.

Turnirdə Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə mübarizə aparacaqlar.

Qeyd edək ki, noyabrın 8-dən 19-dək davam edəcək Avropa çempionatında ümumilikdə 42 ölkənin şahmatçıları çıxış edəcək.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin