Toyda çıxış edəndən sonra öldü
Dünən Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib.
Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib.
Mircəlal Dadaşovun ürəktutmadan dünyasını dəyişməsi bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |