Bakı-Sumqayıt qatarında yubanmanın səbəbi məlum oldu
Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı 50 dəqiqədən çox yubanmadan sonra mənzil başına yola düşüb.
Bu barədə BEY.AZ-a sərnişinlər məlumat veriblər. Onların bildirdiyinə görə, 17:25-də Bakıdan yola çıxan qatar Xırdalan stansiyasında təxminən 50 dəqiqə dayanıb. Sərnişinlər gecikmənin səbəbi kimi elektrik təchizatında yaranan nasazlığı göstəriblər. Bu problem dəmir yolu infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranıb.
Bakı-Sumqayıt qatarının daimi sərnişinlərinin sözlərinə görə, payız-qış mövsümündə bu marşrut üzrə hərəkət edən qatarlarda belə yubanmalar tez-tez baş verir və bu, ilk dəfə müşahidə olunan hal deyil.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |