“Əl-Hilal”da 7 oyun keçirdi – Bu kluba gedə bilər
Neymar “Əl-Hilal”dan ayrıla bilər.
BEY.AZ xəbər verir ki, çarpaz bağ zədəsindən qayıtdıqdan sonra yenidən zədələnən Neymar “Əl-Hilal”da 7 oyun keçirib. “Santos”un icraçı direktoru Kalvesin sözlərinə görə, Neymar yenidən “Santos”a qayıda bilər. Kalves “Mundo Deportivo”ya açıqlamasında bildirib ki, hazırda Neymarla rəsmi danışıqlar aparılmır. Lakin onun “Santos”a qayıdacağı istisna deyil. “Santos”un icraçı direktoru Kalves deyib:
“O, karyerasına burada başlayıb və qayıtma ehtimalı onun “Əl Hilal”la performansından və istəyindən asılıdır. Neymarın müqaviləsi bitəndə bizə qoşulacağına inanıram. “Santosu” sevdiyi üçün buraya qayıda bilər və bu, 2026-cı il Dünya Çempionatına hazırlaşarkən ona böyük töhfə verə bilər”.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |