Özbəkistan Prezidenti Azərbaycana gəldi
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
BEY.AZ xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər qarşılayıblar.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |