Arda qərarını Peresə çatdırdı – Ehtiyatda qalmaqdan usanıb
“Real Madrid”də oyun şansı əldə edə bilməyən Arda Gülerin bu vəziyyətdən narahat olduğu bildirilib.
BEY.AZ xəbər verir ki, Ardanın mövsümün fasiləsində klubdan ayrılmaq istədiyi deyilir. İspan jurnalist Eduardo İndanın sözlərinə görə, futbolçu icarə əsasında klubdan ayrılmaq istədiyini rəhbərliyə çatdırıb. Xəbərdə deyilir ki, Ardanın gedə biləcəyi klublardan biri də “Fənərbaxça”dır. “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun türk futbolçunu istədiyi deyilir.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”də 12 matçda 307 dəqiqə meydanda olub. Futbolçu bu matçlarda nə qol vura, nə də assist edə bilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |