fbpx

COP29-da iqlimlə mübarizə üçün vəsaitlərin səfərbər edilməsinə ümid edirik



Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Afrikadan olan nümayəndələr maliyyə vəsaitlərinin səfərbər edilməsi məsələlərinə əsas diqqət yetirəcəklər.

BEY.AZ xəbər verir ki, bunu iqlim konfransının üçüncü günündə keniyalı gənc iqlim dəyişikliyi fəalı Patrisiya Kombo jurnalistlərə bildirib.

“İnkişaf etməkdə olan ölkələrin sakinləri üçün bu, təkcə iqtisadi məsələ deyil, həm də dərin dəyərlərə əsaslanan məsələdir. Çünki biz icmalarımızla sıx əlaqədəyik. İtki və zərərin nə demək olduğunu daha yaxşı başa düşürük, axı biz bunu yerlərdə görürük”, – P.Kombo vurğulayıb.

Onun sözlərinə görə, Afrika ölkələrinin əsas vəzifəsi vəsaitləri səfərbər etməkdir: “Burada məqsəd ən həssas icmaların dəstəklənməsi üçün qrantların yönəldilməsidir”.

“Biz ən həssas əhali təbəqələrinə yönəlmiş layihələrin səmərəli şəkildə həyata keçirilməsini və insanlara real fayda verməsini istəyirik. Bundan əlavə, biz icmalarımızın rifahına və yaşayış vasitələrinin təmin edilməsinə yönəldiləcək iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) qəbul edilməsinə çalışırıq”, – P.Kombo vurğulayıb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin