Mbappenin üstündən xətt çəkildi – Məşqçi ilə qalmaqal yaşadı
Fransa millisinin kapitanı Kilian Mbappenin yığmaya çağırılmaması ilə bağlı müzakirələr davam edir.
BEY.AZ xəbər verir ki, baş məşqçi Didye Deşamın onu cəzalandırdığı irəli sürülür. Fransalı jurnalist Daniel Riolo “RMC Sport”a açıqlamasında bildirib ki, millinin bundan əvvəlki oyunu zamanı Mbappe zədəli olduğunu deyərək, düşərgəyə gəlməyib. Lakin ardınca o “Real”ın heyətində oyuna çıxıb. Daniel Riolonun iddiasına görə, Deşam buna səssiz qalmayıb və Mbappeni milliyə çağırmayaraq onu cəzalandırıb. Bundan sonra Deşamın Mbappeni milliyə çağırmayacağı barədə iddialar var.
Qeyd edək ki, Kilian Mbappe Didye Deşam arasında gərginliyin olduğu barədə xəbərlər dərc edilmişdi.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |