fbpx

Bakıda tramvay xətti olacaq? – RƏSMİ CAVAB



“Yaxın illərdə Bakıda tramvaydan istifadə ilə bağlı konkret qərarlar verilə bilər”.

BEY.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

“Hazırda paytaxtda istifadə edilən əsas yerüstü nəqliyyat növü avtobusdur və indi onun elektrikli növləri ölkəyə gətirilərək istifadə edilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə əsas yerüstü nəqliyyat növü tramvay ola bilər. Düşünürəm ki, yaxın illərdə bununla bağlı konkret qərarlar verilə bilər. Əsas məsələ odur ki, yerüstü ictimai nəqliyyat üçün müvafiq yer nəzərdə tutulsun. Hazırda ictimai nəqliyyat üçün küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili üçün iş görülür”, – deyə o qeyd edib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin