Çinin F-35-ə rəqib olan yeni təyyarəsi nümayiş olundu
Çin 5-ci nəsil döyüş təyyarəsi J35-A qırıcısını ilk dəfə beynəlxalq aviasiya sərgisində nümayiş etdirilib.
BEY.AZ xəbər verir ki, təyyarə Çin Aviasiya Sənayesi Korporasiyası tərəfindən hazırlanıb. Təyyarə Quandun əyalətinin Cuhay şəhərində keçirilən Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində nümayiş uçuşu həyata keçirib. Çinin J-20 döyüş təyyarələrindən sonra ərsəyə gətirdiyi yeni nəsil döyüş təyyarəsi olan J-35A manevr qabiliyyəti ilə yanaşı, radarlardan yayına bilən gizli xüsusiyyətlərə malikdir. ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsal etdiyi 5-ci nəsil F-35 döyüş təyyarələrinin ekvivalenti kimi dizayn edilən J-35A bundan əvvəl Səudiyyə Ərəbistanında keçirilən Ümumdünya Müdafiə Sərgisində potensial alıcılara qiyabi olaraq təqdim edilib.
Qeyd edək ki, Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində ən müasir silah sistemləri ilə yanaşı, Çinin hərbi və mülki aviasiya texnologiyasındakı uğurları da sərgilənir. Builki sərgidə 47 ölkə və regiondan 1000-dən çox şirkət iştirak edir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |