fbpx

SOCAR təbii qaza qənaət və emissiyaların azaldılmasına nail olur



Azərbaycanda enerji səmərəliliyini və davamlılığını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper” şirkəti tərəfindən 2016-cı ildə təsis edilən “SOCAR-Uniper” birgə müəssisəsi ötən müddətdə mühüm nailiyyətlər əldə edib.

BEY.AZ xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, SOCAR-ın Sumqayıtdakı Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin modernləşdirilməsi sahəsində əməkdaşlıq məqsədilə yaradılan birgə müəssisə “Uniper” şirkətinin qabaqcıl enerji həllərindən istifadə etməklə təbii qaza əhəmiyyətli qənaət edilməsinə və emissiyaların azaldılmasına nail olur.

Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Buxar Generator Kompleksinin enerji istehsalı gücü 8-10 MVt-dan 65 MVt-a çatdırılıb, illik 3,1 milyon kubmetr təbii qaza qənaət olunması, illik 6,6 ton karbon qazı (CO2) və 7,8 ton NOx emissiyalarının, hər il atmosferə buraxılan 160.000 ton buxarın azaldılması təmin edilib. Həmçinin buxar qazanının gücü 450 ton/saata yüksələrək layihə gücü 93 faizə çatdırılıb, 68 faiz ümumi enerji səmərəliliyinə nail olunub.

Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində atılmış önəmli addımlardan olan bu əməkdaşlıq hər iki şirkətin ekoloji məsuliyyətə və resursların optimallaşdırılmasına sadiqliyini əks etdirir.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin