fbpx

Xarici jurnalistlər üçün növbəti mediatur təşkil edildi



Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkənin dayanıqlı inkişaf yolunda atdığı addımların diqqətə çatdırılması, Azərbaycanın tarixi-mədəni abidələrinin tanıdılması məqsədilə xarici jurnalistlər üçün növbəti mediatur təşkil edilib.

BEY.AZ xəbər verir ki, mediatur çərçivəsində ilk olaraq Nobel Qardaşlarının Ev-Muzeyi ziyarət edilib. Xarici qonaqlara Bakının neft sənayesinin inkişafında müstəsna xidmətləri olan neft maqnatlarının yaşayış tərzi, Nobel qardaşlarının varislərindən əldə edilən eksponatlar, orada yerləşən Bakı Nobel Neft Klubu və Biznes Mərkəzindən bəhs edilib.

Daha sonra jurnalistlər Avrasiyanın əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan, limanların, dəniz sənayesinin bütün formatlarında ekoloji cəhətdən təmiz və davamlı əməliyyatlara investisiya qoyan, onları təşviq edən Yaşıl Liman – Bakı Limanında olub. Bildirilib ki, Bakı Limanı 2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsiri minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirib, 2035-ci ilə qədər isə sıfır karbon emissiyasına nail olmağı hədəfləyir.

Sonda, xarici media nümayəndələri 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına səfər ediblər. Burada onlar stansiyanın fəaliyyəti ilə yaxından tanış olub, qonaqlara stansiyanın tikintisi, istismarı və şəbəkəyə inteqrasiyası prosesləri barədə ətraflı məlumat verilib. Günəş enerjisi texnologiyalarının spesifik xüsusiyyətləri və istifadə olunan avadanlıqlar, habelə yaşıl enerji istehsalı müəssisələrinin texniki, iqtisadi, ekoloji və sosial aspektləri jurnalistlərə izah edilib.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin