Arda Turan İspaniya nəhənginin baş məşqçisi ola bilər
“Atletiko Madrid” Dieqo Simeoneni əvəz edəcək məşqçi axtarışlarına başlayıb.
BEY.AZ xəbər verir ki, Simeonenin futbolçular üzərində əvvəlki qədər təsirinin olmadığı və buna görə də klubun uğurlar əldə edə bilmədiyi deyilir. Həmçinin məşqçinin maaşı da çoxdur. Ötən il edilən dəyişikliyə görə, Simeonenin maaşı mövsümdəki uğurlara görə, 55 faizə qədər azaldılıb. Bununla belə, ümumilikdə Simeoneyə 2023-24 mövsümündən qalan maaşı ilə birlikdə 2026-27-ci illəri əhatə edən üç illik maaş veriləcək. Bu dəyişiklik məşqçiyə 100 milyon avronu aşan ümumi gəlir əldə etməsinə imkan verərkən, klubun illik maaş büdcəsində 19 milyon avro qənaət etməsinə imkan verir.
Məlumata görə, klubun məşqçilər siyahısında Fernando Torres, Qabi, Filipe Luis və Arda Turan kimi təcrübəli keçmiş futbolçular var. Arda Turanın “Eyüpspor”la uğurlu işlərə imza atması “Atletiko Madrid”in türk məşqçini siyahıya əlavə etməsinə səbəb olub. Xəbərdə “Atletiko Madrid” rəhbərliyinin Arda Turanı izlədiyi və onu Simeonedən sonrakı dövr üçün ən önəmli namizədlərdən biri olaraq nəzərdə saxladığı vurğulanıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |