Məşhur aparıcı Baydenə Bin Laden dedi
Məşhur braziliyalı aparıcı və jurnalist Ana Mariya Braqa G20 Sammitinin canlı yayımı zamanı diqqətçəkən səhvə yol verib.
BEY.AZ xəbər verir ki, aparıcı G20 Sammitinin keçirildiyi Rio-de-Janeyroda protokol tədbirlərini təqdim edərkən ABŞ Prezidenti Co Baydeni “Bin Laden” adlandırıb. Aparıcı, “Bir sıra rəsmi fotoşəkillər, Fransa Prezidenti Emmanuel Makron və amerikalı həmkarı Bin Ladenlə nəzakətli əl sıxma”, – deyə bildirib. Digər aparıcı isə onun səhvini düzəldib. Bundan sonra aparıcılar səhər saatlarında yayımlanan verilişlərin çətinliyindən danışaraq gülüblər.
Qeyd edək ki, Rio-de-Janeyroda G20 Liderlərinin Sammiti keçirilib. G20 liderləri Rio-de-Janeyro görüşündən sonra bəyannamə qəbul ediblər.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |