Peresin oğlunun Vinisius planı üzə çıxdı
“Real Madrid” prezidenti Florentino Peresin oğlu Çivo Peres klubu Junior Vinisiusu satmağa təşviq edir.
BEY.AZ xəbər verir ki, o Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun təklifinin qəbul edilməsinin tərəfdarıdır. “Sport” nəşrinin iddiasına görə, Peresin oğlu Vinisiusun satılacağı təqdirdə “Real”ın 400-500 milyon avro qazanacağını və bu gəlirin klubun maliyyə məsələlərinin həll edilməsində mühüm olduğunu irəli sürüb. İddia edilir ki, “Real Madrid” futbolçu ilə 2027-ci ildə başa çatacaq müqaviləsinin yenilənməsi ilə bağlı danışıqlara başlamazdan əvvəl onu satmağı nəzərdən keçirəcək.
Vinisius satılarsa, Kilian Mbappe sevdiyi sol cinahda oynaya biləcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun Vinisius Juniora 1 milyard avro qazanacağı müqavilə təklif etdiyi irəli sürülüb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |