Tramp qayıdır, Avropa narahatdır
Donald Trampın prezidentliyə qayıdışı Avropada narahatlığa səbəb olub.
BEY.AZ “NBC News”a istinadən xəbər verir ki, ABŞ-nin yeni administrasiyasının Çinə qarşı sərt mövqe tələb edəcəyi gözlənilir.
Avropa ölkələri həm ABŞ, həm də Çin ilə sıx iqtisadi əlaqələrə malik olduğundan Vaşinqtonun siyasətinə tam uyğunlaşmaq çətin onlar üçün çətin ola bilər. Trampın Avropa və Çindən idxal edilən məhsullara rüsum tətbiq etmək planları isə tərəflər arasındakı münasibətləri daha da gərginləşdirə bilər.
Bununla yanaşı, Trampın Ukraynadakı müharibə ilə bağlı mövqeyi də Avropada narahatlıq yaradıb. O, münaqişəni bir gündə həll edə biləcəyini iddia etsə də, bu yanaşmanın Rusiya Prezidenti Vladimir Putinə güzəştlərə yol açacağı ehtimalı Avropa liderlərini düşündürür.
Avropa Birliyinin rəsmilərindən biri NBC-yə bildirib ki, hazırda Avropa liderləri “hansı mövqe tutmalı olduqları ilə bağlı çaşqınlıq içindədirlər”.
Almaniya kansleri Olaf Şoltsun ötən həftə Putinə zəng edərək danışıqlar aparmağa çağırışı isə əlavə mübahisələrə səbəb olub. Bəzi Avropa liderləri bu addımı tənqid edib və bunu “Putinin beynəlxalq təcridini yumşaltmaq cəhdi” kimi qiymətləndirib. Ukrayna Prezidenti Volodimir Zelenski də bu mövqeyi tənqid edərək “Putinin uzun zamandır arzuladığı hərəkət” adlandırıb.
Hazırda Avropa həm Çin, həm də Ukrayna müharibəsi ilə bağlı siyasətində birgə mövqe ortaya qoymaqda çətinlik çəkir. Mütəxəssislər isə bu qeyri-müəyyənliyin yaxın aylarda regionda ciddi siyasi gərginliklər yarada biləcəyini bildirirlər.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |