fbpx

“Christian Dior”un Azərbaycandakı şirkəti ləğv edildi



Geyim və moda brendi kimi fəaliyyət göstərən “Christian Dior Couture” Azərbaycandakı şirkətinin ləğv olunduğunu elan edib.

BEY.AZ bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2013-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 milyon 350 min avro olan şirkətin qanuni təmsilçisi isə Vincent Simon Pierre Bernarddır.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin