fbpx

​Hollandiyada Netanyahunun həbs qərarının icrası tələb edildi



Hollandiya parlamentində Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barədə verdiyi həbs qərarının icrasını tələb edən vəsatət qəbul edilib.

BEY.AZ xəbər verir ki, sənəd büdcə müzakirələri zamanı müxalifət partiyasından olan millət vəkili Keyt Piri və digər 5 millət vəkili tərəfindən irəli sürülüb. Netanyahu və Gallantın həbs edilməsi qərarının icrası üçün təqdim edilən təklif parlamentdə səs çoxluğu ilə qəbul edilib.

Müraciətdə hökumətdən Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarının Məhkəmənin iştirakçısı olan bütün ölkələr tərəfindən icrasını təmin etmək üçün səy göstərməsi, eyni zamanda Hollandiyanın bu həbs qərarına əməl etməsi tələb edilib.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin