Şimali Koreya Ukraynada istifadə edilən raketlərin istehsalını artırır
Şimali Koreya Ukrayna ərazisində istifadə edilən KN-23 raketlərinin istehsalını artırmaq üçün hərəkətə keçib.
BEY.AZ xəbər verir ki, ABŞ-ın Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzi tərəfindən paylaşılan peyk görüntülərinə görə, raketlərin istehsal olunduğu hərbi obyektdə genişləndirmə işlərinə başlanılıb. Silah istehsalı müəssisəsinə yeni istehsal binasının əlavə edildiyi iddia edilib. Yeni binanın köhnə binadan 60-70 faiz çox istehsal gücünə malik olacağı deyilir. Həmçinin vurğulanır ki, Pxenyan kompleksdəki bəzi yeraltı obyektlərin girişlərini təkmilləşdirib.
Məlumata görə, Şimali Koreya istehsalı olan KN-23 raketləri Rusiyanın Ukrayna ərazisinə atdığı raketlərin üçdə birini təşkil edir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |