Sergen Yalçın nəhəng klubu çalışdıra bilər
“Beşiktaş”da uğursuz oyunlardan sonra məşqçinin istefaya göndərilməsi məsələsi gündəmə gəlib.
BEY.AZ xəbər verir ki, klub rəhbərliyi Giovanni van Bronkcorstun istefaya göndərilməsini nəzərdən keçirir. Türkiyə mediası yazır ki, artıq onun alternativləri də irəli sürülüb. Məlumata görə, klub rəhbərliyinin siyahısında Sergen Yalçının da adı var. Sosial platformalarda on minlərlə azarkeş məşqçi Sergen Yalçının komandaya rəhbər təyin olunmasını tələb edib.
Qeyd edək ki, Sərgən Yalçın bundan əvvəlki açıqlamasında 8 klubdan təklif aldığını, lakin rədd etdiyini ifadə etmişdi. O, Azərbaycandan da təklif aldığını qeyd etmişdi. Sergen Yalçın klubların layihələrini bəyənmədiyini vurğulayıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |