Azərbaycan və Səudiyyə Ərəbistanı arasında vizasız səfər razılaşması təsdiqləndi
Azərbaycanın və Səudiyyə Ərəbistanı Krallığının diplomatik, xüsusi və xidməti pasport sahibləri qısamüddətli vizadan azad ediləcək.
BEY.AZ xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi parlamentin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənəd 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |