Milli Məclisin növbəti plenar iclası bu tarixdə keçiriləcək
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 3-ü və 4-də keçiriləcək.
BEY.AZ xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin noyabrın 29-da keçirilən plenar iclasının sonunda məlumat verib.
Sədr bildirib ki, toplantının gündəliyi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, iclasın əsas müzakirə mövzusu Azərbaycanın “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi olacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |