Gülnarə Muxtarovaya vəzifə verildi – FOTO
Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
BEY.AZ-ın məlumatına görə, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Gülnarə Muxtarova Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Qeyd edək ki, G.Muxtarova 1965-ci ildə Bakı şəhərində anadan olub.
1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində, 1989-1990-cı illərdə Respublika Klinik Xəstəxanasında internatura təhsili alıb.
1990-2003-cü illər ərzində Bakı şəhəri Baş Səhiyyə İdarəsində həkim-metodist, 2003-2018-ci illərdə həkim-məsləhətçi, 2018-2024-cü illər ərzində isə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 20 nömrəli Uşaq Poliklinikasında baş həkimin müavini kimi fəaliyyət göstərib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |