Litvadan sonra Estoniya da İvanişviliyə sanksiya tətbiq etdi
Estoniya “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə sanksiya tətbiq edib.
BEY.AZ xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasındakı paylaşımında bildirib.
“Estoniya insan hüquqlarını pozan gürcüləri ölkəyə buraxmayacaq. Bura “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, Vaxtanq Qomelauri, Şalva Bedoidze, İoseb Çelidze, Aleksandr Daraxvelidze, Giorgi Butxuzi, Zviad Xarazişvili, Mileri Laqazauri, Mirza Kezevadze, Vaja Siradze və Teymuraz Kupatadze aiddir”, – paylaşımda bildirilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |